DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı - 2 ölü, 6 yaralı


Digərləri 04 Noy 2019 18:50:00 211 0

DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı - 2 ölü, 6 yaralı

Sumqayıtda baş verən ağır yol qəzasında 2 nəfər ölüb

Bakı. Samir Əli - Sumqayıtda baş verən ağır yol qəzasında 2 nəfər ölüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini Nazim Həsənovun idarə etdiyi “Mitsubishi” və Bakı şəhər sakini Ş.Babayevin idarə etdiyi “Ravon” markalı avtomobillər toqquşub. Nəticədə N.Həsənov və Ş.Babayevin sərnişini olan qardaşı Seymur hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini, habelə Ş.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin