"Metroya da, avtobusa da minirəm"
Şou-biznes 04 Noy 2019 17:59:00 241 0
"Metroya da, avtobusa da minirəm. Xalqın içindən çıxan adamam. Məni başqalarından bircə qarmonum ayırır. Beş manatlıq kofta da geyinirəm".
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "ATV şou" verilişində deyib. Qarmon ifaçısı həyatından bəhs edib:
"İnsan üçün 50 yaşdan sonra həyat qənimətdir. 12 yaşımdan pul qazanan qız olmuşam. Pulu dağıtmamışam. Qadın həkimi olmağı arzulayırdım, amma qismət...
Deyirlər sənət adamlarının imarəti, pulu, dövləti var. Axı biz sənət üçün canımızı qoymuşuq".
Mənbə: milli.az