Bakıda "Mercedes" motosikletlə toqquşdu - 1 nəfər xəsarət aldı


Digərləri 04 Noy 2019 17:50:00 224 0

Bakıda "Mercedes" motosikletlə toqquşdu - 1 nəfər xəsarət aldı

Bakıda minik avtomobili ilə motosiklet toqquşub.

Bakı. Ceyhun Ələkbərov - Bakıda minik avtomobili ilə motosiklet toqquşub. Trend-in məlumatına görə, qəza Xətai rayonu Afiyyəddin Cəlilov küçəsində qeydə alınıb. 10-NP-908 dövlət nişanlı "Mercedes"in motosikletlə toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı 1990-cı il təvəllüdlü Feyzullayev Hüseyn Məhərrəm oğlu təcili tibbi yardım ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol dirsəyin və sağ budun yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Xəstə həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin