Azərbaycan Prezidenti: "Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir"


Siyasət 04 Noy 2019 17:30:00 76 0

Azərbaycan Prezidenti: "Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir"

"Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, bəzi hallarda sərəncamlar qanunsuz olaraq verilir, ağaclar qırılır. Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. Yəni, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni, bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni, şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin".

İstanbulda göyərtidən kütləvi zəhərlənmə like
  • 04 Noy 17:29  
Dünya İstanbulda göyərtidən kütləvi zəhərlənmə

İstanbulda kütləvi zəhərlənmə baş verib.

arrow Ətraflı
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb like
  • 04 Noy 17:24  
Digərləri Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi

arrow Ətraflı
Noyabrın 5-nə manatın məzənnəsi like
  • 04 Noy 17:20  
Digərləri Noyabrın 5-nə manatın məzənnəsi

Noyabrın 5-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Sahil Babayev özünə müşavir təyin etdi like
  • 04 Noy 17:19  
Digərləri Sahil Babayev özünə müşavir təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə yeni müşavir təyin edilib.

arrow Ətraflı
Bu həftə Bakıda hava necə olacaq? like
  • 04 Noy 17:14  
Digərləri Bu həftə Bakıda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında həftə ərzində hava şəraitinin dəyiş

arrow Ətraflı