Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb


Digərləri 04 Noy 2019 17:24:00 323 0

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən Son.az-a bildirilib ki, noyabrın 4-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 558.7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01 faiz təşkil edib.