İstanbulda göyərtidən kütləvi zəhərlənmə


Dünya 04 Noy 2019 17:29:00 264 0

İstanbulda göyərtidən kütləvi zəhərlənmə

İstanbulda kütləvi zəhərlənmə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu səbəbdən Esenyurt rayonunda 44 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, zəhərlənməyə bazarlarda satılan ispanağa bənzər göyərti səbəb olub.

Məlumata görə, zəhərlənənlərin hamısı Türkiyə vətəndaşlarıdır, bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.