Ginekoloji problemlərdən əziyyət çəkirsinizsə


Digərləri 04 Noy 2019 16:46:00 237 0

Ginekoloji problemlərdən əziyyət çəkirsinizsə

Yüksəkixtisaslı həkim, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Dr. Mehriban Əmirova.

Bakı. “Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə uzun illər ginekologiya sahəsində çalışan qayğıkeş, yüksəkixtisaslı həkim, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Dr. Mehriban Əmirovanı təqdim edirik. Trend-in məlumatına görə, Mərkəzi Gömrük Hospitalında Dr. Mehriban Əmirova hamiləliyin təqibini, normal fizioloji və cərrahi doğuşları, endometrioz, uşaqlığın mioması, klimakterik pozuntular, yumurtalıq kistləri, yumurtalıqların polikistik sindromu, sonsuzluq, usaqlıq yolunun və boynunun patologiyası kimi xəstəliklərin diaqnostikasını və müalicəsini həyata keçirir. Onun fəaliyyət sahəsinə abdominal, laparoskopik və histeroskopik ginekoloji cərrahi əməliyyatlar daxildir. Dr. Mehriban Əmirova 1999-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, 1999-2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda mama-ginekologiya ixtisası üzrə kliniki ordinatura keçmişdir. 2001-2008-ci illərdə müxtəlif özəl tibb mərkəzlərində mama-ginekoloq kimi çalışmışdır. Dr. Mehriban Əmirova 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq işləyir. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Dr.Mehriban Əmirova 2008-2011-ci illərdə Sankt Peterburq Diplomdansonra Təhsil Tibb Akademiyasında mama-ginekologiya ixtisası üzrə aspiranturada təhsilini davam etdirib və həmin universitetinin klinikalarinda həkim aspirant kimi çalışıb. 2012-ci ildə dissertasiya elmi işini mudafiə edərək tibb elmləri namizədi adına layiq gorülüb. 2013-2014-cü illərdə Turkiyənin İstanbul şəhərində Bahçeçi Sağlamlıq Qrupunda, İstanbul Universitetinin Tibb fakültəsində, Eğitim və Araştırma xəstəxanasında kolposkopiya, histeroskopiya, endovideocərrahiyyə, sonsuzluq və endokrin ginekologiyanın digər sahələri üzrə ixtisasartırma kursları keçib. (adsgarden = window.adsgarden || []).push({}); Dr.Mehriban Əmirova uzun illər ginekologiya sahəsində çalışan və daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən təcrübəli həkimdir. Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş müxtəlif yerli ve beynəlxalq elmi-praktik konfranslarda, konqreslərdə və ixtisasartırma kurslarında davamlı olaraq iştirak edir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mehriban-emirova/ Dr. Mehriban Əmirovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin