Şirvan sakinini küçədə naməlum avtomobil vurdu


Digərləri 04 Noy 2019 16:00:00 341 0

Şirvan sakinini küçədə naməlum avtomobil vurdu

Şirvanda yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin Tofiq İsmayılov küçəsində baş verib.

Küçə ilə hərəkətdə olan piyada Salman Muradov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

S.Muradov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Son.az