Səhv yerə dönən milyonçu retro maşını ilə qəzada öldü


Dünya 04 Noy 2019 15:10:00 331 0

Səhv yerə dönən milyonçu retro maşını ilə qəzada öldü

80 yaşlı milyonçu qəzada ölüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Kanadalı milyonçu Ron Carey 1903-cü ildə istehsal olunan avtomobili ilə qəzaya düşüb.

Hadisə şahidlərinin dediyinə görə, Ron qəza zamanı zərbənin təsirindən metrlərlə uzağa sürüklənib.

Milyonçunun səhv istiqamətə dönərək magistral yola çıxması dəhşətli qəzaya səbəb olub. O, hadisə yerində ölüb, xanımı isə ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb.