Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun boşanma məhkəməsi növbəti dəfə təxirə düşdü


Digərləri 04 Noy 2019 15:05:00 325 0

Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun boşanma məhkəməsi növbəti dəfə təxirə düşdü

Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, hakim prosesi növbəti dəfə təxirə salıb. İş üzrə növbəti məhkəmə prosesi noyabrın 7-nə təyin olunub.

Qeyd edək ki, məhkəmə prosesi artıq 3-cü dəfədir ki, təxirə salınır.