Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun boşanma məhkəməsi növbəti dəfə təxirə düşdü


Digərləri 04 Noy 2019 14:53:00 271 0

Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun boşanma məhkəməsi növbəti dəfə təxirə düşdü

Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Bakı. Samir Əli - Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Bu barədə Trend-ə Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil bildirib ki, hakim prosesi növbəti dəfə təxirə salıb. İş üzrə növbəti məhkəmə prosesi noyabrın 7-nə təyin olunub. Qeyd edək ki, məhkəmə prosesi artıq 3-cü dəfədir ki, təxirə salınır. (adsgarden = window.adsgarden || []).push({}); Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə nikahının pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin