650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində BakıXaçmaz yolunun ətrafı yaşıllaşdırılacaq


Digərləri 04 Noy 2019 14:34:00 285 0

650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində BakıXaçmaz yolunun ətrafı yaşıllaşdırılacaq

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Bakı-Xaçmaz yolunun ətrafında yaşıllıq zolağı salınacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov deyib.

Onun sözlərinə görə, həmin təşəbbüs çərçivəsində Xaçmazda 3000 ağacın əkilməsi nəzərdə tutulur. Ağacəkmə işləri 7 min hektar ərazidə aparılacaq: "Bakı-Xaçmaz yolunun hər iki tərəfində yaşıllıq zolağı salmaq istəyirik. Bununla həm yol kənarı gözəlləşəcək, həm də ətraf mühitin sağlamlaşmasına öz töhfəmizi verəcəyik".

B.Osmanov əlavə edib ki, yaşıllaşdırma zamanı şam ağacları əkiləcək: "Bu işlərə 10 mindən çox rayon sakini cəlb ediləcək. Rayonumuzun hər bir sakini bu tədbirlərdə iştirak etməkdən məmnundur".

Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.