Daha bir milli parkda həvəskar balıq ovu turniri keçirilib


Digərləri 04 Noy 2019 14:09:00 66 0

Daha bir milli parkda həvəskar balıq ovu turniri keçirilib

Baş Şirvan kollektorunda "Brakonyerlik cinayətdir" devizi altında növbəti həvəskar balıq ovu turniri keçirib.

Bakı. İlhamə İsabalayeva - Ölkədə sivil balıq ovunun təbliği və təşviqi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Həvəskar Balıqçılar İttifaqı ilə birgə Şirvan Milli Parkının ərazisindəki Baş Şirvan kollektorunda "Brakonyerlik cinayətdir" devizi altında növbəti həvəskar balıq ovu turniri keçirib. Trend-in məlumatına görə, brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl etmək, icazə verilən ərazilərdə, icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etmək məqsədilə keçirilən turnirdə 70-dən çox həvəskar balıqçı iştirak edib. Şirvan Milli Parkının direktoru Arzu Mustafayev bu cür turnirlərin milli park ərazisində müntəzəm keçirmək fikrində olduqlarını bildirib. Gələcəkdə parkımızda həvəskar balıq ovu üçün müəyyən şəraitin yaradılması nəzərdə tutulub, biz qanuna riayət edən, Azərbaycan təbiətini, balıq resurslarının qorunmasını diqqətdə saxlayan həvəskar balıqçılara zəruri şərait yaradaraq onları milli parkda qəbul etməyə hazırıq. Hər kəs icazəsiz vasitələrlə balıq ovlayanlara iradlarını bildirsə, vətəndaş mövqeyi nümayiş etdirsə brakonyerliyin qarşısı daha tez alınar. Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev hesab edir ki, ictimai qınaq hüquqi və inzibati tənbehlərdən daha effektivdir: “Buna qarşı mübarizə aparmaq təkcə nazirliyin işi deyil, hər birimizin vətəndaşlıq borcudur. Azərbaycanda həvəskar balıqçılığa olan diqqət və dəstəyə görə hər kəsə minnətdarlığımı bildirirəm. İştirakçılara isə soyuq hava şəraitinə baxmayaraq “Brokenyerlik cinayətdir” turnirinə qatıldıqları üçün təşəkkür edirəm”. Turnirdə iştirak edən həvəskar balıqçı Nicat Mahmudov əsas məqsədlərinin qadağan olunmuş vasitələrlə balıq ovlanmasına qarşı mübarizə aparmaq olduğunu qeyd edib. O deyib: “Əsl balıqçı xırda balıqları ovlamamalı, torlarına körpə balıq düşən zaman onu suya buraxmalıdır. Bununla da brakonyerlərə bir mesaj göndərmək istəyirik, onları sivil qaydada ov etməyə çağırırıq”. Turnirdə iştirak edən digər balıqçı Elçin Baloğlanov da balıqçıların sintetik tor, elektrik cərəyanı və digər qadağan edilmiş vasitələrlə balıq ovlamasının əleyhinə olduğunu söyləyib: “Bu mübarizəyə bizimlə yanaşı, balıqçı olub-olmamağından asılı olmayaraq bütün ictimaiyyət qoşulmalıdır. İcazəsiz vasitələrlə ov edənləri, cərəyanla balıqların nəslini kəsənləri gördükdə hər bir vətəndaş mühafizə orqanlarına müraciət etməlidir. Biz bütün balıqçıları qaydalara riayət etməyə, brakonyerliyə son qoymağa çağırırıq, əgər birgə mübarizə aparsaq gələcək nəsillər bizdən razı qalar”. (adsgarden = window.adsgarden || []).push({}); Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Həvəskar Balıqçılar İttifaqı bu cür tədbirləri keçirməklə hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza dost münasibət bəsləməyə və onu qorumağa çağırır. Sonda turnirin qalıbləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar. Xatırladaq ki, bu cür turnir ilk dəfə oktyabr ayında Abşeron Milli Parkında "Brakonyerliyə son" devizi altında keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Türkiyə ordusu xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi like
  • 04 Noy 14:06  
Dünya Türkiyə ordusu xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin və kəşfiyyat təşkilatının İraqın şi

arrow Ətraflı
Kəşmirdə  bazara qumbara atdılar - Yaralılar var like
  • 04 Noy 14:05  
Digərləri Kəşmirdə bazara qumbara atdılar - Yaralılar var

Hindistanın Cammu və Kəşmir bölgəsində partlayış törədilib

arrow Ətraflı
Azərbaycanlı müğənni həyat yoldaşını XƏYANƏT edərkən tutdu like
  • 04 Noy 14:02  
Şou-biznes Azərbaycanlı müğənni həyat yoldaşını XƏYANƏT edərkən tutdu

Xəyanəti sevmirəm. Mən heç dostuma qarşı xəyanət etmərəm, nəyin ki,

arrow Ətraflı
Goranboyda naməlum piyadanı maşın vurub öldürdü like
  • 04 Noy 14:00  
Digərləri Goranboyda naməlum piyadanı maşın vurub öldürdü

Goranboy rayonunun Muzdurlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş v

arrow Ətraflı
Piylərini çəkdirən Nazilə səfərlinin indiki halı  FOTO like
  • 04 Noy 13:57  
Şou-biznes Piylərini çəkdirən Nazilə səfərlinin indiki halı FOTO

Tanınmış şairə Nazilə Səfərli son günlər xarici görünüşündəki d

arrow Ətraflı
Azərbaycan - Uels oyununa akkreditasiya üçün qeydiyyat başlayır like
  • 04 Noy 13:55  
Digərləri Azərbaycan - Uels oyununa akkreditasiya üçün qeydiyyat başlayır

"Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyunu üçün akkreditasiya

arrow Ətraflı
Krala xəyanət edən Oksana: "Oğlumun atası..."  FOTO like
  • 04 Noy 13:52  
Digərləri Krala xəyanət edən Oksana: "Oğlumun atası..." FOTO

İntim görüntüləri yayımlandıqdan sonra Malayziya kralı olan həyat yolda

arrow Ətraflı
“Amrahbank”ın faiz gəlirləri 45,3 faiz artıb like
  • 04 Noy 13:48  
Digərləri “Amrahbank”ın faiz gəlirləri 45,3 faiz artıb

“Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisə

arrow Ətraflı
Zaurun müğənniyə qarşı hərəkəti tənqid olundu  VİDEO like
  • 04 Noy 13:44  
Şou-biznes Zaurun müğənniyə qarşı hərəkəti tənqid olundu VİDEO

Ötən günlərdə aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqram

arrow Ətraflı
BakıGəncə sürət qatarının hərəkət cədvəli dəyişdirilir like
  • 04 Noy 13:42  
Digərləri BakıGəncə sürət qatarının hərəkət cədvəli dəyişdirilir

Qış mövsümünə keçidlə əlaqədar Bakı-Gəncə-Bakı sürətli sərnişi

arrow Ətraflı
Abşeronda avtobusu qadını vururaq öldürdü like
  • 04 Noy 13:41  
Digərləri Abşeronda avtobusu qadını vururaq öldürdü

Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycan Təhsil Şəbəkəsinə 360-dan çox ümumtəhsil məktəbi qoşulub like
  • 04 Noy 13:41  
Digərləri Azərbaycan Təhsil Şəbəkəsinə 360-dan çox ümumtəhsil məktəbi qoşulub

Cari ilin birinci yarımili ərzində Azərbaycan Təhsil Şəbəkəsinə 360-da

arrow Ətraflı
Heydər Əliyev adına NEZin işi bərpa edilib like
  • 04 Noy 13:39  
Digərləri Heydər Əliyev adına NEZin işi bərpa edilib

Hеydər Əliyеv аdınа Neft Emalı Zavodunun (NEZ) əsаs tехnоlоji qur

arrow Ətraflı