Azərbaycan - Uels oyununa akkreditasiya üçün qeydiyyat başlayır


Digərləri 04 Noy 2019 13:55:00 292 0

Azərbaycan - Uels oyununa akkreditasiya üçün qeydiyyat başlayır

"Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri noyabrın 8-dək qeydiyyatdan keçməlidirlər.

Bakı. AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri noyabrın 8-dək qeydiyyatdan keçməlidirlər. Trend-in məlumatına görə, qeydiyyatdan keçmək üçün qeydiyyatdan keçənin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin surəti (skaner olunmuş), Təmsil etdiyi KİV - vəzifəsi və 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil tələb olunur. Yuxarıda qeyd olunanlar 8 noyabr saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.