Zaurun müğənniyə qarşı hərəkəti tənqid olundu VİDEO


Şou-biznes 04 Noy 2019 13:44:00 286 0

Zaurun müğənniyə qarşı hərəkəti tənqid olundu  VİDEO

Ötən günlərdə aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında iki gəncin toyunu edib.

Son.az axşam.az-a istinadən bildirir ki, verilişə gələn qonaqlar cütlüyə hədiyyələr gətirib.

Proqrama dəvət alan müğənni Zeynəb Həsəni isə ənamının avtomobildə olduğunu söyləyib. Zaur isə "Bəlkə boynundakını verəsən" deyə, ifaçının boyunbağısını gəlinə verməyini təklif edib. Zeynəb isə onun bu təklifini geri çevirməyib.

Ancaq sosial şəbəkədə yayılan bu kadrlar birmənalı qarşılanmayıb. İzləyicilər Zauru qınayaraq, onun zorla boyunbağını aldığını bildiriblər.

(adsgarden = window.adsgarden || []).push({});