Elzanın ikinci nəvəsi dünyaya gəldi


Şou-biznes 04 Noy 2019 12:45:00 289 0

Elzanın ikinci nəvəsi dünyaya gəldi

Əməkdar artist Elza Seyidcahan ikinci dəfə nənə olub.

Bu haqda axşam.az-a açıqlamasında müğənni özü xəbər verib. O bildirib ki, oğlu Ələkbər ata olub:

"Oğlumun oğlu doğuldu. Gəlinim hamilə olanda da heç yerdə deməmişdim. Allah arzusunda olan hamıya yetirsin".

Qeyd edək ki, Ələkbər ikinci dəfə Xəyalə adlı xanımla ailə qurub. Bu, cütlüyün ilk övladıdır.