Türkiyə ordusu xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi


Digərləri 04 Noy 2019 12:35:16 236 0

Türkiyə ordusu xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin və kəşfiyyat təşkilatının İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının “səhra komandiri” Müslih İke zərərsizləşdirilib

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Silahlı Qüvvələrinin və kəşfiyyat təşkilatının İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının “səhra komandiri” Müslih İke zərərsizləşdirilib. Trend-in məlumatına görə, əməliyyat İraqın şimalındakı Metina bölgəsində keçirilib. Qeyd olunur ki, M.İke Türkiyənin hərbi hissələrinə hücumların təşkilatçısı olub, eləcə də ölkə ərazisində terror aktları planlaşdırırmış. (adsgarden = window.adsgarden || []).push({}); Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə” antiterror əməliyyatının davam etdiyini bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin