Ölkədə əksər qazanxana və istilik məntəqələrində məsafədən nəzarət sistemi quraşdırılıb


Digərləri 04 Noy 2019 11:48:29 197 0

Ölkədə əksər qazanxana və istilik məntəqələrində məsafədən nəzarət sistemi quraşdırılıb

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2019-2020-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb

Bakı. Samir Əli - 2019-2020-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar olaraq “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilib. Bu barədə Trend-ə açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonentvə Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. Onun sözlərinə görə, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən başlanıb: "Digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanacaq. Mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib. Tədbirlər planına əsasən 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 530 odluq təmir olunub, 930 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1190 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1810 kvadrat metr izolyasiya örtüyü təmir olunub. İstilik şəbəkələrində 22 780 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12 915 ədədi əsası və cari təmir edilib, 825 ədədi isə yenisi ilə əvəzlənib. Magistral və məhəllədaxili İstilik xətlərində 16375 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11 020 kvadratmetr dam örtüyü təmir edilib. Bundan başqa, 553 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və na-kationit süzgəclərində 34 ton kationit materialları dəyişdirilib". R.Əliyev bildirib ki, istilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2019-2020-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb: "Belə ki, 990 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 44,1 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 371.2 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqlə yoxlanılıb.