Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə yeni TƏYİNAT


Digərləri 04 Noy 2019 10:39:00 281 0

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə yeni TƏYİNAT

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

Son.az Trend-ə istinadən əbər verir ki, Baş prokuror Zakir Qaralovun əmri ilə Mürsəliyev Emin Ramiz oğlu idarənin rəis müavini vəzifəsinə təyinat alıb.

E.Mürsəliyev bu vəzifəyə qədər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin rəisi olub.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.