Stomatoloq müalicədən əvvəl xəstə uşağa işgəncə verdi VİDEO


Dünya 04 Noy 2019 10:51:00 306 0

Stomatoloq müalicədən əvvəl xəstə uşağa işgəncə verdi  VİDEO

Qazaxıstanın Aktau şəhərində diş həkimini serebral iflic xəstəsi olan uşaqla sərt rəftar etməkdə günahlandırırlar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, həkimin qəddarlığı "inAktau"nun yaydığı videoda əks olunub.

Anası serebral iflic xəstəsi olan uşağı diş həkiminə gətirib. Qadın kabinetdən çıxdıqdan sonra uşaq ağlamağa başlayır. Bu zaman həkim ona qarşı güc tətbiq edir: qaldırıb kresloya atır, silkələyir və hədə-qorxu gəlir.

Otaqda iki tibb bacısının olmağına baxmayaraq onlar uşağı qəddar həkimin əlindən almağı belə düşünmürlər.

Klinikadan çıxdıqdan sonra uşağın anası polisə şikayət edib.

(adsgarden = window.adsgarden || []).push({});