Mc Donaldsın icraçı direktoru işdən çıxarıldı


Dünya 04 Noy 2019 10:37:00 299 0

Mc Donaldsın icraçı direktoru işdən çıxarıldı

Mc Donaldsın CEO-su şirkətin qaydalarını pozduğuna görə işindən azad edilib.

Son.az Nyu-York Post-a istinadla xəbər verir ki, tanınmış biznesmen, McDonald's-ın baş icraçı direktoru Stiv İsterbruk (Steve Easterbrook) şirkətin davranış qaydalarını pozduğuna görə vəzifəsindən kənarlaşdırılıb.

2015-ci ildən bu vaxta qədər icraçı direktor olan Stiv İsterbruk işçilərindən biri ilə sevgili olduğuna görə şirkətdən uzaqlaşdırılıb.

Onun sevgili olduğu şəxsin kimliyi barədə ətraflı məlumat verilmir.