"Cəmil Həsənli nə qədər vicdanını itirib ki..."


Digərləri 04 Noy 2019 10:13:00 42 0

"Cəmil Həsənli nə qədər vicdanını itirib ki..."

"Milli Şura" adlanan qurumun rəhbəri Cəmil Həsənli nə qədər vicdanını, nə qədər şərəfini, insanlığını itirib ki, gedib ABŞ-da öz dövlətinə, öz xalqına, öz iqtisadiyyatına qarşı ayrı-ayrı dövlətlərdən sanksiya tətbiq edilməsini tələb edir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməsi bütün türk dünyasını sarsıtdı və bununla bağlı Azərbaycan tərəfi də dövlət səvviyyəsində öz mövqeyini bildirdi:

"Ancaq çox təəssüf ki, belə bir ümummilli məsələ olduğu halda, bütün türkdilli dövlətlərin, qardaş Türkiyənin yanında olmaq əvəzində Cəmil Həsənli ABŞ-da Azərbaycana qarşı görüşlər keçirir. Onun görüşdükləri adamlar arasında isə erməni və ermənipərəstlər var idi. Cəmil Həsənli hansı başla ABŞ-da çağırışlar edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin?! Həqiqətən də, öz xalqını, dövlətini sevən, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini istəyən heç bir şəxs bunu etməzdi.

Bu sanksiyalardan kim əziyyət çəkəcək? Azərbaycan dövləti, Azərbaycan xalqı, vətəndaşları. Xalqın yaxşılığını, rifahını istəyən hansı insan belə bir arzuya düşər? İndi o Cəmil Həsənli, radikal müxalifət, xüsusilə, Əli Kərimli hansı üzlə çıxıb xalq uğrunda mübarizə apardıqlarını deyəcəklər?".

C.Osmanovun sözlərinə görə, Cəmil Həsənli bir daha göstərdi ki, bu insanlar Azərbaycanı sevmirlər, Azərbaycan xalqı, Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ problemi onları düşündürmür:

"Bu adamlar xalqımıza qarşı düşmənçilik siyasəti apardıqlarını aydın şəkildə göstərdilər. Sadəcə, bunların məqsədi erməni lobbisinin, Ermənistan tərəfinin verdiyi sifarişləri hər hansı bir yolla həyata keçirməkdir. Onlar istəyirilər ki, anarxiyanı, özbaşınalığı, iqtisadi tənəzzülü Azərbaycanda həyata keçirsinlər.

Təbii ki, Azərbaycan xalqı heç zaman bu radikalları dəstəkləməyəcək. Azərbaycan xalqı artıq onları tarixin layiq olduqları yerinə atıb. Bu qara qüvvələr xalqımız tərəfindən baykot olunur. Çünki xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir".

Atəşkəsi snayperlər pozdu like
  • 04 Noy 10:10  
Siyasət Atəşkəsi snayperlər pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Allah sizə rəhmət eləsin, ölülər... like
  • 04 Noy 10:06  
Siyasət Allah sizə rəhmət eləsin, ölülər...

Bəşər tarixi acımasız, qəddardır və göstərir ki, istisnasız olaraq b

arrow Ətraflı
Azərbaycan gözəli gecə klubunda türkiyəli məşhurla kameraya düşdü  VİDEO  FOTO like
  • 04 Noy 10:05  
Şou-biznes Azərbaycan gözəli gecə klubunda türkiyəli məşhurla kameraya düşdü VİDEO FOTO

Türkiyə mətbuatı məşhur müğənni Mustafa Sandalın "yeni münasibə

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 04 Noy 10:01  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 04 noyabr tarixindən etibarən valyuta məzənnəl

arrow Ətraflı
Azərbaycan sərhəddində atışma: like
  • 04 Noy 09:56  
Digərləri Azərbaycan sərhəddində atışma:

2019-cu ilin 03 noyabr tarixində saat 04:50 radələrində Dövlət Sərhəd Xi

arrow Ətraflı
Ağstafada qazanxana yanıb like
  • 04 Noy 09:56  
Digərləri Ağstafada qazanxana yanıb

Ağstafada qazanxana yanıb

arrow Ətraflı
"Anam narkotikdən sonra "canavar"a çevrilirdi" like
  • 04 Noy 09:52  
Digərləri "Anam narkotikdən sonra "canavar"a çevrilirdi"

Hollivud ulduzu Demi Murun qızı Tallula Uillis anası haqqından dəhşətli a

arrow Ətraflı
Radikalların böhranı: Vaşinqtona və "mavi"lərə ümid qalıb? like
  • 04 Noy 09:50  
Siyasət Radikalların böhranı: Vaşinqtona və "mavi"lərə ümid qalıb?

Siyasətçinin səhvlərindən nəticə çıxara bilməməsi onun ən böyük pr

arrow Ətraflı
Bu ərazilərdə su olmayacaq like
  • 04 Noy 09:50  
Digərləri Bu ərazilərdə su olmayacaq

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

arrow Ətraflı
Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib öldürdü like
  • 04 Noy 09:47  
Digərləri Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib öldürdü

Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib.

arrow Ətraflı
Yaddaşını itirən arvadını özünə aşiq etdi və yenidən evləndi like
  • 04 Noy 09:43  
Dünya Yaddaşını itirən arvadını özünə aşiq etdi və yenidən evləndi

Yeni Zelandiyalı Şaron və Rob Karr cütlüyü 19 il əvvəl ilk görüşdə a

arrow Ətraflı
Gəncədə mebel sexi yandı like
  • 04 Noy 09:38  
Digərləri Gəncədə mebel sexi yandı

Gəncədə mebel sexi yanıb.

arrow Ətraflı