Yaddaşını itirən arvadını özünə aşiq etdi və yenidən evləndi


Dünya 04 Noy 2019 09:43:00 263 0

Yaddaşını itirən arvadını özünə aşiq etdi və yenidən evləndi

Yeni Zelandiyalı Şaron və Rob Karr cütlüyü 19 il əvvəl ilk görüşdə aşiq olub evlənmişdilər.

Son.az axşam.az-a istinadən bildirir ki, 4 uşağı olan cütlüyün bir-birlərinə olan sevgisinə hər kəs qibtə ilə baxırdı. Lakin onların xoşbəxtliyi uzun sürmür. 2009-cu ildə avtomobil qəzası keçirən qadın yaddaşını itirir. O, özünə gəldiyi zaman ərinə ilk sualı "sən kimsən?" olur.

Həkimlər bu halın geriyə dönüşü olmadığını və Şaronun hər şeyi yenidən öyrənməli olduğunu bildirir. Lakin Rob vaz keçmir və xanımını yenidən özünə aşiq etməyi bacarır.

Toylarını xatırlamayan Şarona ərinin bir sürprizi daha vardı. Rob 10 il sonra qadına yenidən evlənmə təklif edir. Bu dəfə cütlüyün toyunda onların övladları da iştirak edirdi.