Türkiyə XİN ABŞ Dövlət Departamentinin terrorizm üzrə hesabatını tənqid edib


Dünya 04 Noy 2019 09:20:00 246 0

Türkiyə XİN ABŞ Dövlət Departamentinin terrorizm üzrə hesabatını tənqid edib

ABŞ Dövlət Departamentinin 2018-ci ilin antiterror məsələlərinə dair hesabatında "YPG" terror təşkilatı haqqında bəhs edilməməsi Vaşinqtonun bu qruplaşma ilə əməkdaşlığını gizlətməyə çalışdığının göstəricisidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy deyib.

H. Aksoy açıqlamasında bildirib: "Sənəddə "YPG" haqqında bəhs edilməməsi, və bunun əvəzində "PKK-nın Suriyadakı qolu" ifadəsinin istifadə edilməsi, bu terror təşkilatı ilə əməkdaşlığını gizlətməyən ABŞ-ın öz qanunsuz mövqeyini gizlətmək cəhdidir".

H. Aksoy ABŞ-ın xarici terror təşkilatları siyahısına daxil etdiyi PKK-nın 2015-2018-ci illərdə Türkiyədə 1200-dən çox mülki şəxsin, polisin və hərbçinin ölümünə görə məsuliyyət daşıdığını xatırladıb.