Türkiyə XİN ABŞ Dövlət Departamentinin terrorizm üzrə hesabatını tənqid edib


Digərləri 04 Noy 2019 06:15:00 188 0

Türkiyə XİN ABŞ Dövlət Departamentinin terrorizm üzrə hesabatını tənqid edib

ABŞ Dövlət Departamentinin 2018-ci ilin antiterror məsələlərinə dair hesabatında "YPG" terror təşkilatı haqqında bəhs edilməməsi Vaşinqtonun bu qruplaşma ilə əməkdaşlığını gizlətməyə çalışdığının göstəricisidir

Bakı. ABŞ Dövlət Departamentinin 2018-ci ilin antiterror məsələlərinə dair hesabatında "YPG" terror təşkilatı haqqında bəhs edilməməsi Vaşinqtonun bu qruplaşma ilə əməkdaşlığını gizlətməyə çalışdığının göstəricisidir. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy deyib. H. Aksoy açıqlamasında bildirib: "Sənəddə "YPG" haqqında bəhs edilməməsi, və bunun əvəzində "PKK-nın Suriyadakı qolu" ifadəsinin istifadə edilməsi, bu terror təşkilatı ilə əməkdaşlığını gizlətməyən ABŞ-ın öz qanunsuz mövqeyini gizlətmək cəhdidir". H. Aksoy ABŞ-ın xarici terror təşkilatları siyahısına daxil etdiyi PKK-nın 2015-2018-ci illərdə Türkiyədə 1200-dən çox mülki şəxsin, polisin və hərbçinin ölümünə görə məsuliyyət daşıdığını xatırladıb. (adsgarden = window.adsgarden || []).push({}); Diplomat qeyd edib ki, buna rəğmən məruzədə Türkiyənin beynəlxalq antiterror təşkilatlarında, o cümlədən Qlobal Terrorla Mübarizə Forumunda və ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyasının işində "fəal iştirakı" qeyd olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin