Tramp növbəti prezident seçkilərində qalib gələcəyinə tamamilə əmindir


Digərləri 04 Noy 2019 04:15:00 244 0

Tramp növbəti prezident seçkilərində qalib gələcəyinə tamamilə əmindir

ABŞ Prezidenti Donald Tramp, bir il sonra - 3 Noyabr 2020 tarixində keçiriləcək prezident seçkilərindəki qələbəsinə "tamamilə əmin olduğunu" söyləyib

Bakı. ABŞ Prezidenti Donald Tramp bir il sonra - 2020-ci ilin 3 noyabr tarixində keçiriləcək prezident seçkilərində qələbə qazanacağına tamamilə əmindir. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib. Dövlət başçısından ikinci müddətə yenidən seçilə biləcəyinə əmin olub-olmadığı barədə sual veriblər. D.Tramp isə tamamilə əmin olduğunu bildirib: "Mən tamamilə əminəm. Sorğulara görə hər şey çox yaxşıdır". (adsgarden = window.adsgarden || []).push({}); D.Tramp insanların impiçment haqqında eşitmək istəmədiyini deyib: "İnsanlar impiçment barədə eşitmək istəmirlər. İmpiçment haqqında danışmaq istəyən yalnız yalançı KİV-lər və əsasən bu KİV-lərə işləyən demokratlardır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin