Yola çıxan camış qəzaya səbəb oldu FOTO


Digərləri 04 Noy 2019 00:45:00 249 0

Yola çıxan camış qəzaya səbəb oldu  FOTO

Gecə saatlarında qəfil magistral yola çıxan camış ağır qəzaya səbəb olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yevlaxın Tanrıqullar kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qəfil qarşısına çıxan camışı vurub. Yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb. Qəza zamanı "VAZ-2106"da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.