Qohumlarına köməyə gedən 7 nəfər qəzaya düşdü FOTO


Digərləri 03 Noy 2019 23:10:00 298 0

Qohumlarına köməyə gedən 7 nəfər qəzaya düşdü  FOTO

Bərdədə 3 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bakı küçəsində qeydə alınıb. Qəzaya düşmüş qohumlarının köməyinə gedən kənd sakinləri özləri də qəzaya düşüb. Xəsarət alan 7 nəfər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha 1 nəfər isə hadisə yerində ilkin tibbi müayinədən sonra evə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

Bərdədə başa verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub:

Bərdə rayon sakinləri 1958-cil təvəllüdlü  Atakişiyev Həsən,

1989-cu il təvəllüdlü Qasımov Vasif Vahid oğlu,

1980-cı il təvəllüdlü Süleymanov Saleh islam oğlu,

1987-ci il təvəllüdlü Həsənov Azər Camal oğlu,

1967-ci il təvəllüdlü Atakişiyeva İradə Afil qızı,

2014-ci il təvəllüdlü Atakişiyeva Aysun qərib qızı,

1986-cı il təvəllüdlü Atakişiyev Qərib Həsən oğlu.