Fransada avtobus qəzaya uğrayıb: 33 yaralı


Dünya 03 Noy 2019 22:35:00 266 0

Fransada avtobus qəzaya uğrayıb: 33 yaralı

Fransanın şimalında "Flexibus" şirkətinə məxsus sərnişin avtobusu aşıb.

Trend-in "AFP"yə istinadən verdiyi məlumata görə, Paris-London marşrutu üzrə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 33 nəfər xəsarət alıb.

Bildirilir ki, onlardan 29-u yüngül, 4-ü isə ciddi xəsarətlər alıb.

Məlumata əsasən, xəsarət alanlar arasında xarici vətəndaşlar var.