Motosikletlə avtomobil toqquşdu, xəsarət alan var


Digərləri 03 Noy 2019 22:15:00 295 0

Motosikletlə avtomobil toqquşdu, xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Goranboy-Tərtər yolunun Xanqərvənd kəndi ərazisindən keçən hissəsində minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin 41 yaşlı sürücüsü Aftandil Teymurov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.