Avtobusla dayanacağa girdi, sərnişini bıçaqlayıb özünü dənizə atdı


Dünya 03 Noy 2019 22:04:00 270 0

Avtobusla dayanacağa girdi, sərnişini bıçaqlayıb özünü dənizə atdı

İstanbulun Beşiktaş Meydanında sərnişin avtobusu dayanacağa girib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, dayanacaqdakı sərnişinlərdən 2-si ağır olmaqla 12 nəfər yaralanıb. Sürət həddini aşan sürücü Necdet K. ətrafdakıların iradından sonra əlində bıçaqla avtobusdan enərək 1 nəfəri yaralayıb. Necdet K. daha sonra özünü dənizə atıb. Dənizdən çıxarılan sürücü həbs edilib.

Faktla bağlı araşdırma aparılır.