Güləşçimiz dünya çempionatında gümüş medal qazandı


Digərləri 03 Noy 2019 22:03:39 232 0

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı sona çatıb

Bakı. Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı sona çatıb. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, altıncı yarış günündə son 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Əsgər Əlizadə debütdə ötən il böyüklər arasında dünya çempionatının finalında 55 kq-da Eldəniz Əzizliyə məğlub olan Qırğızıstan güləşçisi ilə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün Əlizadə noyabrın 3-də təsəlliverici görüşə çıxıb və yenə məğlub olub. Namaz Rüstəmov ilk mərhələdə prinsipial görüşə çıxıb. Rusiyanı təmsil edən erməni güləşçiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. İlk hissə rəqibin 5:0 hesablı üstünlüyü ilə başa çatsa da, həmyerlimiz ikinci hissədə geridönüş etməyi bacararaq sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Ancaq növbəti görüşdə hesabda öndə olarkən səhvə yol verərək yapon rəqibinə uduzub.