Günorta yuxusunun faydası daha çoxdur Mütəxəssislər


Digərləri 03 Noy 2019 21:35:00 264 0

Günorta yuxusunun faydası daha çoxdur  Mütəxəssislər

Mütəxəsisslər sağlam və uzun ömürlü olmaq üçün yuxunu əvəzedilməz hesab edirlər. Dünyanın ən nüfuzlu həkimlərinin fikrincə, yetişkin insanlar da eynilə körpələr kimi günorta yuxusuna ehtiyac duyurlar. Ancaq müasir həyat şəraiti, iş rejimi və digər səbəblərdən bu yuxu ehtiyacı ödənilmir.

Son.az medicina.az-a istinadən bildirir ki, 7-dən 70-ə hər kəsin ehtiyacı olan yuxu gündüz saatlarında daha təsirli olur.Mütəxəssislər uşaqların inkişafında, yeniyetmələrin isə daha da məhsuldar işinə müsbət təsiri olan günorta yuxusunu tövsiyə edirlər. Günorta yuxusunun, ən azı gecə yuxusu qədər insan bədəninə faydası vardır.

Gecə kifayət qədər yatmış, gündüz də günorta yuxusu yatan bir adamın bədəni təzələnir, performansı artır, düşünmə və problem həlletmə qabiliyyəti sürətli olar. Gün içərisində iki dəfə bədən istiliyi düşür. Biri səhərə qarşı 03:00 sıralarında, digəri isə günortadan sonra 14:00-15:00 saatları arasında olur.

İnsanların günorta yeməyini düşündüyü vaxt əslində bədənin yuxuya ən meylli olduğu zamandır. Bu saat silsilələri yuxunun ən keyfiyyətli olduğu zamandır. Keyfiyyətli yuxu insan bədəninə uzun müddət yatmaqdan çox daha çox fayda verir. İmkanı olan hər kəsin günorta yuxusuna yatması məsləhətdir. Ancaq xüsusilə uşaqların günorta saatlarında mütləq yatmaları lazımdır.

Uşaqlıq çağında günorta saatlarında alınan keyfiyyətli yuxu, beyin və bədənin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Çünki yuxu böyümə baxımından çox əhəmiyyətlidir. Uşaqların təxminən 1-2 saat günorta yuxusuna ehtiyacı vardır. Yeniyetmələr üçün isə 15-20 dəqiqə kifayətdir.

Alimlər günorta yuxusunun faydalarını aşağıdakı kimi sıralayıblar:

15-20 dəqiqəlik yuxu

Günortalar 15-20 dəqiqə yatsanız, bütün gün özünüzü daha gümrah hiss edəcəksiniz. Bu müddət sizə qısa görünə bilər, ancaq mütləq faydasını görəcəksiniz.

30 dəqiqəlik yuxu Yarım saatlıq yuxu bədənin enerjisini artırır. Özünüzü daha dinc və sakit hiss etmənizə kömək edir.

(adsgarden = window.adsgarden || []).push({});