Bu qidalar ağciyər xərçəngi riskini azaldır


Digərləri 03 Noy 2019 20:50:00 281 0

Bu qidalar ağciyər xərçəngi riskini azaldır

ABŞ-ın Tennessi ştatında yerləşən Vanderbilt Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri ABŞ, Avropa və Asiyadan 1,4 milyon insanın sağlamlıq məlumatlatını araşdırıblar.

Son.az bildirir ki, araşdırma iştirakçılarının qatıq (yoqurt) və lifli qidalar (avokado, qoz, itburnu, əncir, noxud, lobya, kokos, meyvə quruları) istehlakı ilə sağlıq vəziyyətləri arasındakı münasibət diqqət çəkib. Hər gün belə qidalardan istifadə edən şəxslərin heç istifadə etməyənlərlə müqayisədə ağciyər xərçənginə tutulma riskinin 33 faiz daha aşağı olduğu müəyyənləşib.

Qatıq və lifli qidalardan istifadənin ürək-damar, sinir sistemi xəstəliklərinə qarşı müdafiə xüsusiyyətli olduğu da daha öncəki araşdırmalarda aşkarlanmışdı. Bu araşdırmanın nəticələri "JAMA Oncology" jurnalında yer alıb. (ölkə.az)

(adsgarden = window.adsgarden || []).push({});