Heyvan sevgisi xəstəliklərin müalicəsinə müsbət təsir edir ARAŞDIRMA


Digərləri 03 Noy 2019 20:30:00 328 0

Heyvan sevgisi xəstəliklərin müalicəsinə müsbət təsir edir  ARAŞDIRMA

Daxili xəstəliklər doktoru E.Avşar bildirib ki, heyvan sevgisi insan həyatı və sağlamlığına əhəmiyyətli müsbət təsir göstərir. Onun sözlərinə görə, tibdə heyvanların köməyi ilə müalicə olunan insanların sayı xeyli çoxdur.

Son.az medicina.az-a istinadən bildirir ki, həkimlər heyvanların köməyi ilə insanlarda yalnızlıq, narahatlıq, depressiya kimi müxtəlif problemlərin təsirini araşdırdılar və müsbət nəticələr əldə edirlər.

İnsanların fiziki, sosial və ruhi sağlamlıqlarını yaxşılaşdırmaq, qorumaq və inkişaf etdirmək üçün fəal çalışdıqlarını ifadə edən Avşar, xaricdə edilən bu araşdırmalardan danışıb.

Belə ki, tədqiqatçılar uzunmüddət qayğıya ehtiyacı olan yaşlı şəxslərdə6 ay ərzində heyvan dəstəyi ilə müalicəni qiymətləndirib. Bu üsulun zehni və emosional funksiyaları artırdığını və yaşlılarda tənhalığın azaldığını təsbit edilib.

Başqa bir araşdırmada, açıq ürək əməliyyatına girəcək xəstələrdə əməliyyat öncəsi dönəmdə, terapiya üçün iti ilə videolu təlim keçilib. Nəticədə terapiya köpəklərinin təlim verərkən xəstələrin öyrənmələrini artırdıqları ortaya çıxıb.

(adsgarden = window.adsgarden || []).push({});