Uzun müddət davam edən bel ağrılarına DİQQƏT Ortopedik cərrah ağrının səbəblərini açıqladı


Digərləri 03 Noy 2019 20:04:00 317 0

Uzun müddət davam edən bel ağrılarına DİQQƏT  Ortopedik cərrah ağrının səbəblərini açıqladı

Beliniz ağrıyır? Tək deyilsiniz. Ən azı üç ayda bir dəfə dörd insandan biri bel ağrılarından əziyyət çəkir.

İnsan kürəyi mürəkkəb bir quruluşa malikdir. Onun mərkəzi bir-biri ilə sıra ilə bağlanan və onurğa sütunu təşkil edən 33 sümükdən - fəqərələrdən ibarətdir. Onurğa sütununun mərkəzindəki kanal vasitəsilə onurğa beyni sinirləri keçir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir.

Son.az bildirir ki, onurğa ağrılarının bir çox səbəbi var. Bu, əzələ gərginliyi, fəqərəarası disk yırtıqları və ya onurğa problemi ola bilər. Ayrıca, bel ağrıları travmalar və ya şiş nəticəsində yarana bilər. Ancaq əksər hallarda ağrının konkret səbəbini təyin etmək mümkün deyil.

"Nadir hallarda konkret səbəb tapırıq" , - deyə rusiyalı ortopedik cərrah Maslov Sergey Konstantinoviç açıqlama verib. Həkimin sözlərinə görə, yalnız bel ağrıyırsa və ağrı orta dərəcədədirsə, bir qayda olaraq, narahatlıq üçün güclü səbəb yoxdur:

"Yaşla bağlı olaraq beldə təbii dəyişikliklər olur. Fəqərəarası disklər köhnəlir və onurğanın kiçik oynaqlarının artriti inkişaf edir. Bu dəyişiklikləri MRT-də görmək olar. Ancaq həqiqət budur ki, fəqərəarası disklərin degenerasiyası bel ağrısından şikayət etməyən bir çox insanda da olur. Odur ki, ağrıya yaşla əlaqədar dəyişikliklərin səbəb olduğu iddia edilə bilməz.

Bel ağrısı ehtimalı kök insanlarda, siqaret çəkənlərdə daha yüksəkdir. İdman etməyən və əsasən oturaq həyat tərzi keçirənlər də tez-tez bel problemlərindən şikayətlənir".

Yaxşı xəbər odur ki, əksər hallarda ağrı öz-özünə gedir. Yenidən görünsə, həkim ağrıkəsici dərman qəbul etməyi, kürəyi yüklənmədən qorumağı, ağırlıq qaldırmamağı və kəskin şəkildə əyilməməyi məsləhət görür. Mütəxəssis bildirib ki, adətən ağrı bir neçə həftə içində yox olur:

(adsgarden = window.adsgarden || []).push({});