Ərdoğan Suriya ilə sərhədə gedib


Dünya 03 Noy 2019 19:29:00 291 0

Ərdoğan Suriya ilə sərhədə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətindəki Quru Qoşunları Komandılığın Birgə Əməliyyat Mərkəzində olub və "Sülh bulağı" əməliyyatı barədə məlumatlandırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, əməliyyat mərkəzinə gələndən sonra Ərdoğan əsgərləri salamlayıb.

Ziyarət əsnasında Türkiyə liderinə "Sülh bulağı" əməliyyatının gedişi haqqında məlumat verildi.

Ərdoğanı həmçinin, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi general Yaşa Gülər, Silahlı Qüvvələrin komandirləri, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Mahir Yunal, partiyanın rəsmisi Ömər Çelik və başqaları müşahidə ediblər.