İnternet vasitəsilə qul alveri


Dünya 03 Noy 2019 18:30:00 344 0

İnternet vasitəsilə qul alveri

Siz bu qadınlara Küveyt küçələrində rast gələ bilməzsiniz. Onlar heç yerdə görünmürlər, heç cınqırları da çıxmır, onların heç bir hüququ yoxdur, onları alıb təkrar satırlar.

Bu qadınları smartfon proqramlarından tapmaq olur: dərilərinin rənginə və qiymətlərinə görə çeşidlənmiş minlərlə qadın - onları bir neçə min dollara satırlar.

Son.az BBC.com-a istinadən bildirir ki, bu məsələni araşıdran BBC Ərəb xidməti az ixtisaslaşmış şəxslərin alındığı və satıldığı qara bazarı aşkara çıxarıb. "Google Play" və "Apple App Store" belə proqramların hər kəsə əlçatan olduğu platformalardır. Ev xidmətçilərini həştəqlər vasitəsilə "İnstaqram"da da axtarıb tapmaq mümkündür.

Qul bazarı

Müasir quldarlıq formaları üzrə BMT-nin xüsusi nümayəndəsi Urmila Bhula deyir ki, "Bu, faktiki olaraq onlayn qul bazarıdır. Əgər "Google", "Apple", "Facebook" və digərləri həmin proqramları yayrlarsa, hər birini məsuliyyətə dəvət etmək lazımdır".

Küveytdə hər on ev təsərrüfatından doqquzunda qulluqçuların xidmətindən istifadə olunur. Planetin kasıb bölgələrindən İran körfəzi ölkələrinə axışıb gələn qadınlar vətəndə qalmış ailələrinə yardım etməyə yetəcək qədər pul qazanmağa ümud edirlər.

BBC Ərəb xidmətinin əməkdaşları özlərini Küveytə yeni köçmüş cütlük kimi təqdim edərək bu proqramların 57 istifadəçisiylə əlaqə saxlaya biliblər, öz qulluqçularını məşhur ticarət proqramı olan "4Sale" vasitəsilə satmaq istəyən onlarla adamla görüşüblər.

Satıcıların hamısı qulluqçuların pasportlarını götürməyi və onların telefona çıxışını məhdudlaşdırmağı məsləhət görüb.

"4Sale" proqramı insanları dərisinin rənginə və satış qiymətinə görə kateqoriyalara ayırmağa imkan verir.

BBC əməkdaşlarının satıcılardan ən çox eşitdiyi söz "Ən pintiləri hindistanlılardır" fikri olub.

İnsan haqlarının pozulması

Özlərini qulluqçuların "sahibləri" kimi təqdim edən şəxslər həmkarlarımıza qadınları əsas hüquqlarından məhrum etməyi tövsiyə ediblər - məsələn, onlara bir dəqiqə də olsun işsiz qoymamağı.

Proqram istifadəçilərindən olan polis işçisi öz xidmətçisini belə reklam edib: "İnanın, o, çox xoş qadındır. Həmişə gülümsəyir. Hətta siz onu səhər 5-ə qədər işləməyə məcbur etsəniz də, heç bir söz deməyəcək".

Həmin şəxs BBC əməkdaşlarına xidmətçinin sadəcə əmtəəə olduğunu deyib: "Burda onları 600 dinara (təxminən 2000 dollar) alırlar".

O, daha bir faydalı məsləhət verib: "Pasportunu ona verməyin. Siz onun sponsorusunuz, niyə verəsiniz ki?"

Bir dəfə BBC-nin əməkdaşlarına 16 yaşlı qız təklif ediblər. Adı şərti olaraq Fatu olsun.

Onu Küveytə Qvineyadan göndəriblər. Yerli qanunlar qulluqçuların 21 yaşdan yuxarı olmasını tələb etsə də, Fatu altı ay bu işdə çalışıb.

Qızın məziyyətlərini sadalayan sahibəsi ona bir gün də olsun istirahət vermədiyini, pasportunu əlindən aldığını və evdən tək çıxmağa icazə qoymadığını deyibb. Bütün bunlar Küveyt qanunvericiliyinə ziddir.

Sponsorun razılığıyla

"Bu, müasir quldarlıqla bağlı dərs vəsaitidir. Uşaq daşınmaz əmlak kimi alınır və satılır" - Urmila Bhula belə deyir.

Körfəz ölkələrinin çoxunda xidmətçiləri ölkəyə xüsusi agentliklər gətirir və dövlət təşkilatında qeydiyyata aldırırlar.

Potensial işəgötürənlər agentliyə faiz ödəyib xidmətçilərin rəsmi sponsorlarına çevrilirlər.

"Kafala" adlanan bu sistemdə xidmətçi sponsorun icazəsi olmadan iş yerini dəyişə bilməz, işdən və ölkədən çıxa bilməz.

(adsgarden = window.adsgarden || []).push({});