Canavar sürüsü Xınalığa hücum etdi


Digərləri 03 Noy 2019 18:18:00 301 0

Canavar sürüsü Xınalığa hücum etdi

Qubada yağan güclü qardan sonra canavar sürüsü kəndə girib. Sürü halında dolaşan canavarlar Quba rayonun Xınalıq kəndin yaxınlığında müşahidə edilib. 

Son.az bildirir ki, kənd sakinlərinin oxu.az-a dediklərinə görə, qar yağandan sonra ətrafda çox sayda canavar dolaşmağa başlayıb. 

Sürüdə qurdların sayı 7-8, bəzən isə daha çox olub.  

Kənd camaatı ayıq-sayıq olduğundan hələ ki, sakinlərə heç bir ziyan dəyməyib. 

Amma onların kənd üçün təhlükəli olduğu məlum məsələdir.  

Sakinlər bildirib ki, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər. 

Son.az