Tanınmış iş adamı “Range Rover”ində güllələndi


Dünya 03 Noy 2019 17:30:00 265 0

Tanınmış iş adamı “Range Rover”ində güllələndi

İstanbulun Avcılar adlanan hissəsində güllələnmə olub.

Son.az Publika.az-a istinadən xəbər verir ki, şəhərin Cihangir məhəlləsindəki özəl universitetin qarşısında tanınmış iş adamı Turqay Çolaqoğlu naməlum motosikletli tərəfindən təqib edilib. O, "Range Rover" markalı avtomobili ilə hərəkətdə olarkən naməlum şəxs yaxınlaşaraq maşının pəncərəsinə doğru atəş açıb. Xoşbəxtlikdən iş adamı hadisə zamanı sağ qalıb.

Hadisə zamanı avtomobilin idarəetməsini itirən Turqay Çolaqoğlu qəza törədib və maşını universitetin hasarına çırpıb.

Faktla bağlı İstanbul polisində araşdırmalar başlayıb.

(adsgarden = window.adsgarden || []).push({});