NATOnun heç bir üzvü Türkiyə qədər...


Dünya 03 Noy 2019 17:06:00 264 0

NATOnun heç bir üzvü Türkiyə qədər...

Heç bir NATO üzvü ölkə Türkiyə qədər terror hücumuna məruz qalmayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.

Stoltenberqin sözlərinə görə, Suriya böhranında bölgədəki şiddət azalmağa başlayıb və bu da siyasi bir həll üçün zəmin yaradır.

"Burada Türkiyənin önəmli bir müttəfiq olmasını qəbul etməliyik. İŞİD-ə qarşı mübarizədə və qondarma xilafətin fiziki cəhətdən dağılmasında Türkiyə rol oynadı. Heç bir müttəfiqimizə Türkiyə qədər qaçqın sığınmadı. Türkiyə 3.6 milyon suriyalını qəbul etdi və heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmadı", - Stoltenberq bildirib.