Ova gedirdi, maşın vurub öldürdü


Digərləri 03 Noy 2019 16:36:00 246 0

Ova gedirdi, maşın vurub öldürdü

İsmayıllıda Şamaxı sakinini avtomobil vurub.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda qeydə alınıb.

Belə ki, Şamaxı sakini Rəhimov İfadə Şakir oğlu ova gedərkən yolu keçmək istəyib və  onu avtomobil vurub.

Ağır xəsarətlər alan yaralı sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.

Meyiti müayinə etmək  üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şamaxı şöbəsinə yerləşdiriblər.

Fakt araşdırılır.

Son.az