“Toyda toy yox, məni tutdu”


Şou-biznes 03 Noy 2019 16:19:00 357 0

“Toyda toy yox, məni tutdu”

Müğənni Rəqsanə İsmayılovanın əri Fazil ilk dəfə müsahibə verib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "ATV Maqazin Onlarla"ya danışan ifaçının əri Rəqsanə ilə tanışlıq hekayəsindən söz açıb:

"Səhnə adamları kənardan başqa cür görünür. Rəqsanə ailədə tamam başqadır. Onunla toyda tanış olduq. Bu oxumağa çıxanda toy canlanmağa başladı. Həmin məclisdə qardaşım da var idi. Dedi ki, bu qız toyu partlatdı. Mən də dedim ki, istəyirsənsə, öz toyumuza dəvət edək. Dedim, get danış. Gedib gəldi ki, yox e, bunlar göylə gedirlər. 13 min dollar istəmişdilər. Rəqsanə həmin toyu çox yaxşı apardı. Toyda toy yox, məni tutdu. Mən də onu tutdum. Ağstafada qardaşımın toyunda çıxış edirdim. Moskvadan 150-200 nəfər çağırmışdıq, böyük toy idi. Alqayıt müəllimin qardaşı Xanlar müəllim gəlib mikrofonu aldı ki, səhnəyə Rəqsanə xanım gəlir. Dedim, a kişi, görmürsən danışıram? (gülür). Oğlum da qayıtdı ki, "şto za Ledi Qaqa?" Görüşəndə pul söhbəti etmədi. Dedi ki, gəlib toyunuzu aparacam. Səhəri gün zəng etdi ki, Leninski prospektdəki maqazində bir paltar var, gedib onu götürün. 12 min dollar qiyməti var idi" (gülür). 

Qeyd edək ki, Fazil bəyin sözlərinə görə, o, ifaçı xanımı üçün Cenifer Lopezin evinə bənzər ev tikdirib. Evin içində studiya, kinoteatr və trenajor salonu da var. Evin sahəsi 1200 kv.metrdir.