Bu qadağa İranın gücünü göstərir


Dünya 03 Noy 2019 16:24:00 239 0

Bu qadağa İranın gücünü göstərir

İran dövlətinin ABŞ hökuməti ilə danışıqları ölkənin problemlərini həll edə bilməz.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın Ali dini lideri Ayətullah Əli Xamenei danışıb.

"Bəziləri düşünür ki, danışıqlar ölkəmizin problemlərini həll edə bilər. Bu, böyük səhvdir. Danışıqlara qadağa qoyulması dünyaya İranın gücünü göstərir və ABŞ-ın dünya ictimaiyyəti qarşısındakı nüfuzlu obrazını dağıdır", - Xamenei bildirib.