Filippində iki zəlzələ qurbanlarının sayı 21-ə çatıb


Digərləri 03 Noy 2019 16:24:00 214 0

Filippində iki zəlzələ qurbanlarının sayı 21-ə çatıb

Filippində ötən həftə baş vermiş iki güclü zəlzələ nəticəsində qurbanların sayı 21-ə çatıb

Bakı. Filippində ötən həftə baş vermiş iki güclü zəlzələ nəticəsində qurbanların sayı 21-ə çatıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Philippine Daily Inquirer" qəzeti Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Ləğvi üzrə Milli Şuranın (NDRRMC) hesabatına əsasən xəbər verib. Daha əvvəl ölənlərin sayının 15, zərərçəkmişlərin sayının 403 olduğu bidirilmişdir. NDRRMC məlumatına əsasən zərərçəkmişlərin sayının 432-yə yüksəldiyi bildirilmişdir. Zəlzələlər infrastrukturun 30 min obyektinə, o cümlədən 1000-ə yaxın məktəbə, onlarla dini obyektlərə və tibb mərkəzlərinə, 20-dən çox yol və körpülərə ziyan vurmuşdur. (adsgarden = window.adsgarden || []).push({}); Xatırladaq ki, oktyabrın 29-u və 31-də Filippinin Mindanao adasında 6.6 və 6.5 bal gücündə iki zəlzələ baş vermişdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin