İraqda etiraz aksiyaları davam edir


Dünya 03 Noy 2019 16:12:00 312 0

İraqda etiraz aksiyaları davam edir

İraqda etiraz aksiyaları davam edir.

Son.az APA-ya istinadən bildirir ki, Bağdadda aksiyaçılar vətəndaş itaətsizliyi elan edib, şəhərin əksər rayonlarında yolları bağlayıb.

Bağdadı iki hissəyə bölən Dəclə çayı üzərindəki körpü də aksiyaçılar tərəfindən bağlanıb və şəhərin iki hissəsi arasında əlaqə kəsilib.

Bu gün Vasit və Nasriyə əyalətlərində də aksiyalar davam edib.