Rusiya kəşfiyyatından Bağdadi açıqlaması:


Dünya 03 Noy 2019 15:36:00 218 0

Rusiya kəşfiyyatından Bağdadi açıqlaması:

İŞİD lideri Əbubəkr Bağdadinin öldürüldüyünə dair əlimizdə bir sübut yoxdur.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

"Əlimizdə yüz faiz əminliklə danışmağımıza imkan verəcək bir material yoxdur", - Narışkin söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.