ETSN su hövzələrinin təmizlənməsi məqsədilə reyd keçirib


Digərləri 03 Noy 2019 15:06:51 177 0

ETSN su hövzələrinin təmizlənməsi məqsədilə reyd keçirib

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Baş Şirvan kollektorunda reyd keçirilib

Bakı. Samir Əli - Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Baş Şirvan kollektorunda reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli Trend-ə bildirib ki, Baş Şirvan kollektorunda keçirdiyimiz reyd zamanı ərazi qadağan olunmuş balıq ovu vasitələrindən, sintetik torlardan təmizlənib, toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilib. Bu cür tədbirlər bütün su hövzələrində davam etdiriləcək. K. Kərimli qeyd edib ki, qadağan olunnuş alətlərlə balıq ovlanması balıqların kökünü kəsməyə yönələn amansız bir vasitədir. "Amma çox sevindiricidir ki, artıq vətəndaşlar, su hövzələrinin ətrafında yaşayan təbiətsevərlər də çağırışlarımıza qoşularaq bizə dəstək verməyə başlayıblar. Lakin bu tədbirlər davamlı olmalıdır və hamımız birgə mübarizə aparmalıyıq. (adsgarden = window.adsgarden || []).push({}); Bir daha müraciət edirik ki, brakonyerlik edən qonşularınızı, yaxınlarınızı bu qəddar əməllərdən çəkindirəsiz. Bu bir cinayətdir, bağışlanılmaz hərəkətlərdir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin