Əfqanıstanda taliblərin hücumu - 9 ölü


Digərləri 03 Noy 2019 14:16:40 232 0

Əfqanıstanda taliblərin hücumu - 9 ölü

Əfqanıstanın şimal-şərqində "Taliban" silahlılari ilə toqquşmalarda yerli təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb, 8 nəfər isə yaralanıb

Bakı. Əfqanıstanın şimal-şərqində "Taliban" silahlılari ilə toqquşmalarda yerli təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb, 8 nəfər isə yaralanıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, "Taliban" noyabrın 2-si səhər şimal-şərqdə Bədəxşan əyalətindəki Nusai qəzasına hücum edərək təhlükəsizlik qüvvələrinə atəş açıb. Hərbiçilərlə silahlılar arasında toqquşmalar davam edir. Bildirilir ki, taliblər qəzanın hökumət kompleksinə yaxınlaşıblar. Toqquşma baş verən ərazidə təhlükəsizlik qüvvələrinə kömək gəlməzsə, qəza "Taliban"ın əlinə kecə bilər. (adsgarden = window.adsgarden || []).push({}); "Taliban" hərəkatı öz növbəsində, hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin