Sabirabadda ev yanıb


Digərləri 03 Noy 2019 14:09:00 241 0

Sabirabadda ev yanıb

Sabirabad rayonunda 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Sabirabad rayonunun Cavad kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.